“İranın bəyanatları mümkün hücumdan qorunmaq xarakteri daşıyır”-ŞƏRH

Tarix: 18:42 07.07.2025
"İrana qarşı hər hansı təcavüz İsrailin məhvini sürətləndirəcək"-deyə Sepah bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Sultan Zahidov bildirir ki, İranın bu bəyanatları İsraili, ABŞ-ni təhdid edəcək ilk bəyanat deyil:
“İran 1979-cu ildən indiki dövrə qədər İsraili təhdid edir. İranın əsas konseptual ideologiyalarından biri İsrail və sionizmin məhvi üzərinə qurulub. Ona görə də İsrail üçün İranın ekzistensial bir təhdid xarakteri daşıyır. İranın təhdidləri ilk növbədə psixoloji savaşın bir hissəsi kimi baxılmalıdır. Buna, yəni İran çalışır ki, bu yolla qarşı tərəfi hər hansı bir həmlədən İrana qarşı bir hücum əməliyyatından çəkindirsin. Aydın məsələdir ki, bu təhdidlər heç də effektiv olmur. Çünki İsrail buna baxmayaraq İrana hücumlar həyata keçirdi. Ona görə İrana təcavüz İsrailin məhvini sürətləndirəcək. İranın bu bəyanatları hansısa güc balansını dəyişmək deyil, ona qarşı mümkün hücumdan qorunmaq xarakteri daşıyır, yəni çəkindirmə funksiyasını daşıyır. Belə bir bəyanatın hansısa bir sanksiyalar tətbiqinə səbəb ola biləcəyini düşünmürəm. Çünki bu günə kimi hansısa bir bəyanat həmin ölkənin son sanksiyalara məruz qalmasına gətirib çıxartmayıb. ABŞ və Qərb necə ki, həmişə əksər hallarda İsrailin yanında olub, bu məsələdə də İsrailin mövqeyini dəstəkləyəcək. Biz bilirik ki, bu yaxında baş verən İsrail-İran iskalasiyası zamanı ABŞ, İsrailin ən yaxın dəstəkçisi idi. Hətta İranın nüvə məntəqələrinin zərərsizləşdirilməsində ABŞ təyyarəçiləri birbaşa iştirak etdilər. Avropada həmçinin iyun ayında E-3 ölkələrinin-Britaniya, Fransa, Almaniya Xarici İşlər Nazirinin bəyanatı oldu ki, onlar İranın nüvə silahına malik olmayacağını ola bilməyəcəyini qeyd etdilər və İsrail bunu təsdiq etdilər. Ona görə bu ABŞ və Qərbin bəyanatları həmişə olduğu kimi, əksər hallarda İsrailin mövqeyinə uyğun bəyanatlardır”.
Aysel Mirzəyeva