Əsl şeytan olan Paşinyan adlı bir türk-Solovyov

Bölmə: Dünya › ,
Tarix: 17:45 07.07.2025

Türkiyə və Ermənistan arasında normallaşma prosesinin davam etdiyi bir vaxtda, Ermənistan Baş naziri Nikol Paşinyanın atdığı müsbət addımlar Rusiyanı narahat etməyə başlayıb.


"İnformator.az" "Publika.az"a istinadla xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan rusiyalı teleaparıcı Vladimir Solovyov Ermənistan rəhbərliyini hədəfə alaraq Paşinyan barədə sərt və təhqiredici açıqlamalar verib.

 

Solovyov bildirib ki, Cənubi Qafqazda “koridor savaşı” gedir və əsas məqsəd Rusiyanın bölgədəki təsirini tamamilə aradan qaldırmaqdır.

 

O, Paşinyanı "türk" adlandıraraq, bu sözləri səsləndirib:

 

“Türk, ingilis xüsusi xidmət orqanları Ermənistanın başına tamamilə qeyri-qanuni şəkildə, bizim ölkə tərəfindən hansı səbəbdən tanındığı belə bəlli olmayan, əsl şeytan olan Paşinyan adlı bir türkü gətirdi.


Qeyd edək ki, iyunun 20-də Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etmişdi. Səfərdən sonra verdiyi açıqlamada Paşinyan Zəngəzur dəhlizinə müsbət yanaşdığını bildirib. Ancaq ölkəsinə qayıtdıqdan qısa müddət sonra, Ermənistan Apostol Kilsəsinin dəstəklədiyi çevriliş cəhdi ilə üzləşib.