Avroparlamentarilər Bosniya və Herseqovinada müsəlmanların soyqırımını anmaq üçün dinləmələr keçirib

Tarix: 21:51 07.07.2025
Avropa Parlamenti bu həftə Srebrenitsa soyqırımının 30-cu ildönümünü qeyd etmək üçün iyulun 7-də dinləmələr keçirib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Avropa bürosunun verdiyi məlumata görə, Avropa Parlamentinin sədri Roberta Metsola İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük qırğın olan faciəli hadisələrin unudulmamasına çağırış edib.
Daha sonra çıxış edən bütün siyasi qrupların nümayəndələri belə bir hadisənin bir daha təkrarlanmaması üçün mümkün olan hər şeyi etməyə çağırıblar.
Bununla yanaşı, bir çox natiqlər humanitar böhranın davam etdiyi Qəzzada faciəli hadisələrə diqqət yetirməyə çağırış ediblər.