Azərbaycanda əsgərlik yaşı dəyişirmi?

Bölmə: Dünya › ,
Tarix: 21:34 07.07.2025

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması barədə təkliflərə münasibət bildirib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında bu barədə danışıb.

 

O deyib ki, inkişaf etmiş müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanda da orduda müqavilə ilə müddətdən artıq hərbi xidmət keçmə məsələsi var.


“44 günlük müharibə dövründə də şahidi olduq ki, əsas döyüş mövqelərində, vacib əməliyyatlarda komando dəstələri iştirak edirlər, həddindən artıq peşəkardırlar. Onların yaşları isə 18 deyil, 20-dən yuxarıdır. Bütün bu proseslərdə hamı şahid oldu ki, irəli, döyüş xəttinə yeni hərbi qulluğa getmiş əsgərlər buraxılmır. Onlar ən azı 6 ay xidmət keçməlidirlər ki, hərbi əməliyyatlarda iştirak edə bilsinlər.

 

Yaş həddi məsələsi sovet dövründən qalma qaydadır.