Boluda Grand Kartal Hotel iddiasında ikinci gün!

Tarix: 16:22 08.07.2025
21 yanvar 2025-ci ildə Boluda baş verən yanğında Kartalkayadakı Grand Kartal otelində qalan 36-sı uşaq olmaqla 78 nəfər həyatını itirib. Hadisədən sonra başladılan istintaqın ardından 13 nəfərə 1998 il, 19 nəfərə isə 22,5 il həbs tələbi ilə iddia qaldırılıb.
Dünən məsələ ilə bağlı açılan işin ilk iclası keçirilib. Məhkəmə zalında yaxınlarını itirən ailələrin fəryadı ürəkləri dağlayıb. Yanvarın 21-də Bolu Grand Kartal otelində baş verən yanğın nəticəsində 78 nəfərin həyatını itirdiyi, 133 nəfərin yaralandığı hadisə ilə bağlı 32 nəfərə qarşı iddianamə Bolu Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Bu gün Bolu Ağır Cəza Məhkəməsində təbii fəlakətlə bağlı ilk məhkəmə iclası keçirilir.
Mənbə: A Haber
Çimnaz Telmanqızı