İran ABŞ-nin nüvə danışıqlarını bərpa etmək təklifini nəzərdən keçirir

Tarix: 21:26 08.07.2025
İran, ABŞ-nin nüvə danışıqlarını bərpa etməklə bağlı təklifini nəzərdən keçirir. Bu barədə “Mehr” agentliyinə adının açıqlanmasını istəməyən diplomatik mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ müxtəlif ölkələr vasitəsilə İrana müraciət edərək danışıqları davam etdirmək təşəbbüsü ilə çıxış edib.
“ABŞ, İranın nüvə potensialının artımını dayandıra bilmədikdən sonra dialoqun bərpası təklifini irəli sürdü”, – deyə iranlı nümayəndə bildirib.
O əlavə edib ki, hazırda İranın Xarici İşlər Nazirliyi ABŞ-nin təkliflərinin əsaslı və etibarlı olub-olmadığını araşdırır. Bu təkliflərə sanksiyaların ləğvi, uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətlər və İrana məcbur edilmiş müharibə nəticəsində dəymiş ziyana görə mümkün kompensasiyalar da daxildir.
Anadolu Agency
Ayan Əsgərova