Ermənistan parlamenti müxalifətçi deputatı toxunulmazlıqdan məhrum edib

Bölmə: Dünya › ,
Tarix: 16:58 08.07.2025

Ermənistan parlamenti müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib.

 

Erməni mediasının yaydığı məlumata görə, baş prokurorun təqdim etdiyi vəsatətin lehinə 62 deputat səs verib, əleyhinə səs verən olmayıb. Müxalifət isə səsvermədə iştirak etməyib.

 

Artur Sarkisyan əvvəllər arxiyepiskop Baqrat Qalstanyanın həbsi ilə əlaqəli aparılan istintaq çərçivəsində – “hakimiyyəti zorla ələ keçirmək və terror aktı hazırlamaq cəhdi” ittihamı ilə cinayət təqibinə məruz qalacaq.

 

Bu gün cinayət işi başlandıqdan sonra prokurorluq onun həbsinə dair məhkəməyə vəsatət təqdim edəcək.

 

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş prokuroru parlamentə müraciət edərək deputat Artur Sarkisyanın “Müqəddəs mübarizə” revanşist hərəkatına yardım etdiyinə görə toxunulmazlıqdan məhrum edilməsini tələb edib.

 

Mənbə :Caliber

Aytən Ağazadə