Qəssam Briqadaları Qəzzanın şimalında 5 İsrail əsgərini məhv edib

Tarix: 19:05 08.07.2025
HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları Qəzzanın şimalında yerləşən Beyt Hanun bölgəsində İsrail ordusuna qarşı hücum həyata keçirib. Məlumata görə, əməliyyat zamanı 5 İsrail əsgəri həlak olub.
Briqada qüvvələri işğalçı İsrail əsgərlərini daşıyan zirehli maşını partladaraq sıradan çıxarıb. Hücumun ardından bölgəyə daxil olan əlavə İsrail hərbçiləri də raket və uzun lüləli silahlarla hədəfə alınıb.
Ərazidə şiddətli toqquşmalar baş verib. Hadisədən sonra bir neçə yaralı İsrail əsgərinin helikopterlə xəstəxanaya aparıldığı bildirilib.
TRT XƏBƏR
Mahmudlu Ləman