“Bu cür açıqlamalar sadəcə ritorikdir” -ŞƏRH

Tarix: 19:22 08.07.2025
Əgər ABŞ və İsrail yenidən İrana hücum edərsə, cavabımız əvvəlkilərdən daha güclü və qətiyyətli olacaq, biz Hayfa və Təl-Əvivi yerlə-yeksan edəcəyik.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Oqtay Qasımov bildirir ki, 12 günlük savaşdan sonra ondan əvvəl də qarşılıqlı olaraq tərəflərin bir-birini təhdid etdiyini və xüsusilə də İran tərəfindən qeyri real və öz imkanlarından çox daha iddialı açıqlamalar gördük:
“Donald Trampın verdiyi açıqlama ondan ibarətdir ki, İran tərəfi raket zərbələri endirərkən onlara məlumat verib və bunu bir qürur məsələsi olduğunu diqqətə çatdırıb. Hesab edirəm ki, bu cür açıqlamalar sadəcə ritorikdir. İran nə qədər bəyanat verməsindən asılı olmayaraq, Amerika İsrail qarşısında hər halda imkanları geniş deyil və biz bunu xüsusilə də 12 günlük savaş ərzində gördük. İsrail İranın faktiki olaraq hava səmasının tamamına nəzarəti həyata keçirdiyi sərbəst şəkildə İran səmasında uçuşlar həyata keçirdi və konkret obyektləri hədəfə aldı. Bütün bunlar hamısı İranın bu tipli məsələlərdə nə qədər zəif yerlərin olduğunu açığa çıxartdı. Açığı bu cür ritorika düşünmürəm ki, yaxın dövrlərdə hansısa genişmiqyaslı savaşa gətirə bilər. Amma nəzərə alsaq ki, Netanya dörd günlük Amerika səfərinə çıxır və orada bölgənin yenidən dizayn olunması ilə bağlı müzakirələr aparacaq və İrandanda bu cür təhdidlər olarsa, hər halda tərəflər bir birinə bu təhdidləri savurmaqla bərabər İrana da müəyyən təzyiqlərin olacağı istisna deyil. Hər halda Amerika hazırda İranı masaya gətirməyə çalışır. Bu baş tutsa, müəyyən nəticələrə gəlmək olar. Doğrudur, tərəflərin maksimal tələblərindən çox güman ki, burada da müəyyən güzəştlər etməsinə ehtiyac yaranacaq”.
Həmçinin şərhçi Rusiya və Çinin İranı dəstəkləməsindən də danışıb:
“Əslində bu dəstək var, amma bu siyasi dəstəkdir və düşünürəm ki, Rusiyadan daha çox Çinin buna marağı ola bilər. Çünki Çinin özünün də Tayvan məsələsi var və öz hədəflərinə çatmaq üçün əslində Çin də müəyyən münaqişələrin olmasında maraqlı ola bilər. Yəni Çinin və Rusiyanın belə bir genişmiqyaslı savaşda açıqcası açıq şəkildə İranın tərəfində duracaq və ya hərbi yardım edəcəyini düşünmürəm. Amma ümumiyyətlə bu cür ritorika qeyd olunan ritorika və gərginlik yaradır. Yaxın perspektivdə hələlik genişmiqyaslı bir savaşın regional savaşın olacağını düşünürəm. Baxmayaraq ki, hazırda dünya əslində üçüncü dünya savaşının astanasında yaşayır. Belə bir ehtimallar da deyilir. BMT dən buna münasibət şübhəsiz ki, bu cür bəyanatlara qarşı hansısa bir konkret addımın atılacağı gözlənilmir. Qeyd etdiyimiz kimi onsuz da tərəflər bir-birinə uzun zamandan bəri bu cür sərt açıqlamalar verir”.
Aysel Mirzəyeva