Fransanın cənubunda meşə yanğınları səbəbindən Marsel hava limanı bağlanıb

Tarix: 20:35 08.07.2025
Fransanın cənubundakı Marsel şəhərinin ətrafında baş verən meşə yanğınları yerli hava limanının bağlanmasına və sakinlərin təxliyəsinə səbəb olub.
“İnformator.az" xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
Marsel hava limanının nümayəndəsi telekanala bildirib ki, çərşənbə axşamı günortadan bəri hava limanı reyslər göndərmir və qəbul etmir; açılış tarixi məlum deyil. Bəzi təyyarələr Nitsadakı və yaxınlıqdakı digər hava limanlarına yönləndirilir. Marseldən 13,5 km şimalda yerləşən Le Pen Mirabo kommunasında evakuasiya elan edilib. Yanğının söndürülməsi sürəti 70 km/saatı keçən küləyin əsməsi ilə çətinləşir. Marselin mərkəzi olduğu Provans-Alp-Kot d'Azur regionunun səlahiyyətliləri yerli sakinləri evlərini tərk etməməyə, qapı və jalüzləri bağlamağa, təcili yardım üçün evlərinə maneəsiz girişi təmin etməyə çağırıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğından çıxan tüstü şəhər hüdudları daxilində də hiss olunur.