Aşıq Əhliman insult keçirib, danışa bilmir

Tarix: 23:06 08.07.2025
Aşıq Əhliman Rəhimovun səhhətində problem yaranıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal məlumat verib.
Aparıcı sənətkarın iki dəfə insult keçirdiyini bildirib:
"Aşıq Əhlimana Allah kömək olsun. İki dəfə insult keçirib, danışmaqda çətinlik çəkir".
Qeyd edək ki, Əhliman Rəhimov üç il əvvəl ürək problemi ilə bağlı əməliyyat olunub.