Pyer-Emerik Obameyanq təklif gözləyir

Bölmə: İdman › ,
Tarix: 23:04 08.07.2025


Pyer-Emerik Obameyanq bu yay azad agent olacaq.

 

"İnformator.az" "İdmanxeber.az" istinadən xəbər verir ki, "Əl-Qadisiya” 36 yaşlı hücumçu ilə qarşılıqlı razılıq əsasında yolları ayırmağa hazırlaşır. Səudiyyə klubu heyətə daha gənc forvard cəlb etmək niyyətindədir.


Qabonlu futbolçu üçün bir neçə klub artıq hərəkətə keçib. Obameyanq karyerasını Avropa davam etdirə bilər.