Azərbaycanlı bombardir “Qəbələ”yə lazım olmayıb

Tarix: 23:02 08.07.2025
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze azərbaycanlı hücumçunu komandada görmək istəmir.
"İnformator.az" "İdmanxeber.az" a istinadən xəbər verir ki, söhbət Sənan Ağalarovdan gedir. 20 yaşlı futbolçu gürcüstanlı mütəxəssisin planlarına daxil deyil.
Bölgə klubu bir müddətdir yay təlim-məşq toplanışına başlasa da, Ağalarov hazırlıqlara qoşulmayıb.
Ötən mövsümü icarə əsasında “Araz Naxçıvan”da keçirən hücumçu hazırda özünə komanda axtarışındadır. O, Naxçıvan klubunun heyətində bütün turnirlər daxil olmaqla 4 oyun keçirib və 2 qol vurub.
Futbolçunun “qırmızı-qaralar”la iki illik müqaviləsi var.
Qeyd edək ki, S.Ağalarov 2023-2024 mövsümündə “Qəbələ”nin əvəzedicilər komandasında 30 qol vuraraq çempionatın bombardiri olub.