ABŞ tariflərdən 300 milyard dollar gəlir əldə edəcək

Bölmə: Dünya › ,
Tarix: 20:44 08.07.2025

Birləşmiş Ştatlar ilin sonuna qədər yeni idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə etməyi gözləyir.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu məlumatı ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.

 

"Beləliklə, ilin sonuna qədər bunun 300 milyard dolları əhəmiyyətli dərəcədə keçəcəyini gözləyirik", - deyə, Bessent gömrük rüsumlarından daxilolmaların səviyyəsini şərh edərkən bildirib. Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.