Türkiyədə daha bir bölgədə meşə yanğını başladı

Bölmə: Dünya › ,
Tarix: 20:48 08.07.2025

Türkiyənin Balıkesir vilayətinin Sındırqı ilçəsinin Kürendere məhəlləsi ərazisində yerləşən meşəlik ərazidə yanğın başlayıb.

 

"İnformator.az"  Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün qurudan və havadan tədbirlər görülür.

 

Hazırda ərazidə 4 helikopter, 4 təyyarə, 15 ədəd yanğınsöndürən maşın və digər texnikaların yardımı ilə yanğının söndürülməsinə çalışılır.