Putindən razı qalmamışam-ABŞ Prezidenti Tramp

Bölmə: Dünya › ,
Tarix: 21:06 08.07.2025

Son dəqiqə məlumatına görə, Kabinet iclasında gündəmlə bağlı çıxış edən ABŞ Prezidenti Donald Tramp belə deyib:


“Putindən razı qalmamışam. Çox sayda əsgərin ölümünə səbəb olub,” – Tramp bildirib.


Prezidentin sözlərinə görə:


“Əgər əvvəllər Əfqanıstana girməmiş olsaydıq, bəlkə də Putin fərqli davranardı. Amma indi vəziyyət fərqlidir. Həftəlik 7 min əsgər itkisinə səbəb olur. Rusiya məsələsində narazıyam. Ukraynalılar çox cəsur çıxıblar. Onlara tarixdə görünməmiş dərəcədə texnika verdik. Tank əleyhinə silahlar, ən son texnologiyalı raketlər təhvil verdik. Bütün bir ordunu məhv edəcək qədər sursat təmin etmişik. Ukraynanın texniki üstünlüyü olub. Milyardlarla dollar dəyərində silah göndərmişik.”


Haber Global
Xəlilli Nigar