Trabzonda camidə yanğın təşviş

Tarix: 21:14 08.07.2025
Trabzonun Çaykara rayonuna bağlı Mağlakamboz Yaylasındakı camidə yanğın baş verib. Qorxuya səbəb olan yanğın, yanğınsöndürənlərin çevik müdaxiləsi ilə nəzarət altına alınıb.
Əldə edilən məlumata görə, yanğın günorta saatlarında naməlum səbəbdən başlayıb. Hadisə yerinə Çaykara jandarma və yanğınsöndürmə qrupları cəlb olunub.
Qısa müddətdə əraziyə çatan yanğınsöndürənlər alovu böyümədən söndürə biliblər. Yanğın nəticəsində məscidin daxili hissəsində ziyan yaranıb, lakin hadisədə xəsarət alan və ya həyatını itirən olmayıb.
Rəsmi qurumlar yanğının səbəbi ilə bağlı araşdırmaya başlayıb.
Haber Global
Xəlilli Nigar