“Rusiyaya qarşı yeni sanksiyalar nəzərdən keçirilir“-Tramp

Bölmə: Dünya › ,
Tarix: 22:01 08.07.2025

Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermək imkanını çox qətiyyətlə nəzərdən keçirirəm”.


"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

 

Amerika lideri bildirib: "Bu, mümkün qanun layihəsidir. Tamamilə məndən asılı olan məsələdir".

 

Jurnalistin Vaşinqton administrasiyasının Rusiyaya qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Mən bunu sizə deməyəcəm. Bir az sürpriz olsun".


Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500 faiz idxal rüsumları daxildir.