Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda həbs edilən erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinə icazə verən qanunu imzalayıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.


Xəbərdə bildirilir: “Ölkə prezidenti Vaaqn Xaçaturyan “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” qanuna dəyişikliklər, “Energetika haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanunlar paketini imzalayıb”.

 

Yada salaq ki, iyulun 3-də Ermənistan parlamenti “Ermənistanın Elektrik Şəbəkələri” QSC şirkətinin milliləşdirilməsinə icazə verən qanun qəbul edib.