İsrail müharibənin bütün hədəflərinə çatmaqda qərarlıdır

Bölmə: Dünya › ,
Tarix: 09:10 09.07.2025

İsrail müharibənin bütün hədəflərinə çatmaqda qərarlıdır.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. 

 

O vurğulayıb ki, bu hədəflər arasında Qəzzada saxlanılan girovların azad edilməsi və HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi əsas prioritetlərdir.

 

"İsrail bu istiqamətdə əməliyyatları davam etdirmək niyyətindədir və geri çəkilmək fikrində deyil", - Netanyahu qeyd edib.