Qəbələdəki Musiqi Festivalının tarixi elan olunub

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:00 09.07.2025

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

 

Qeyd olunub ki, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.


Konsert proqramlarına giriş sərbəstdir.

 

Qeyd edək ki, bu festival Qəbələ şəhərində 2009-cu ildən ənənəvi olaraq hər il yay aylarında keçirilir.