“İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır”-KİV

Bölmə: Siyasət › ,
Tarix: 13:16 09.07.2025

İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə yaxındır; yeganə həll olunmamış problem İsrail Müdafiə Ordusunun anklavdakı statusu və mövcudluğudur”.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail və HƏMAS arasında atəşkəslə bağlı danışıqlar gedir:

 

“Burada vasitəçi kimi Misir və Qətər çıxış edir. Lakin Amerika da bu proseslərdə çox fəaldır. Hazırda Amerika İsraillə birbaşa danışıqlar aparır. Tramp ilə Netanyahunun əsas müzakirə etdiyi məsələlərdən biri də HƏMAS-la İsrail arasında atəşkəsə nail olmaqdır. Amerika bunu çox istəyir. Xüsusilə də Tramp “Nobel” mükafatı istəyir. Ona görə də atəşkəs məsələsi onun üçün olduqca vacibdir. Böyük ehtimalla İsrail bununla razılaşa bilər. 

 

HƏMAS istəyir ki, atəşkəs imzalansın. İsrail isə atəşkəsin 2 ay müddətli olmasını istəyir, bütün girovların qaytarılmasını tələb edir. Bu məsələdə İsrail təbii ki, daha çox basqı göstərmək və gələcəkdə Qəzzanın idarəçiliyinin HƏMAS-dan alınmasına dair iddialar irəli sürür. Əsas məsələ İsrailin hazırkı hökuməti ilə bağlıdır. Netanyahu hökuməti qərar qəbul etsə ki, atəşkəs olsun, bu olacaq. HƏMAS bir çox məsələlərdə qarşı tərəfin istəkləri ilə razıdır. HƏMAS üçün və Qəzzada yaşayanlar üçün vəziyyət daha vahimdir. İsrailin ictimaiyyətinə gəldikdə də atəşkəs istənilir, mitinqlər keçirilir”.

 

Çimnaz Telmanqızı