Gəncədə yol qəzası -3 nəfər xəsarət alıb

Bölmə: Hadisə › ,
Tarix: 22:48 01.08.2025

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, "VAZ 21015" markalı avtomobillə "KİA" markalı avtomaşının toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Vəsilə Nəbiyeva, onun bacısı 1991-ci il təvəllüdlü Mədinə Əliyeva və daha bir nəfər - 2002-ci il təvəllüdlü Sami Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri kafidir.


Faktla bağlı araşdırma başlanılıb.