Bakıda 40 dərəcə isti qeydə alınıb- Faktiki hava

Tarix: 11:09 03.08.2025
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Bu barədə "İnformator.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.