CHP-nin rəhbərlik etdiyi İzmir Bələdiyyəsində korrupsiya əməliyyatı!

Bölmə: Dünya › ,
Tarix: 13:49 06.08.2025

 


İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı "inşaat avadanlığı və avtomobil icarəsi xidmətləri" və "asfalt örtüyü və yol tikintisi baxım, təmir və abadlıq işləri" ilə bağlı araşdırmalar çərçivəsində İZBETON AŞ-nin keçmiş baş direktoru Heval Savaş Kaya da daxil olmaqla 100 şübhəli barəsində 3 ildən 14 ilə qədər həbs cəzası tələb edən iddianamələr qəbul edilib. Şübhəlilər noyabrın 24-25-də hakim qarşısına çıxacaqlar.


İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı "İqlim Dəyişikliyi və Sıfır Tullantı Departamentinin vəzifələri çərçivəsində satın alınan tikinti avadanlığı və avtomobil icarəsi xidmətləri" və "Təmizlik Müdirliyi tərəfindən satın alınan tikinti avadanlığı və nəqliyyat vasitələrinin icarəsi xidmətləri" ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində İzmir Respublika Baş Prokurorluğu tərəfindən iddiannamə hazırlanıb.

 


A Haber
Çimnaz Telmanqızı