Bakı şəhəri, Xətai rayonu ərazisində yanğın baş verib

Bölmə: Hadisə › ,
Tarix: 15:16 06.08.2025

Bakı şəhəri, Xətai rayonu ərazisində yanğın baş verib.

 

"İnformator.az" "Oxu.az" a istinadən xəbər verir ki, yanğın Cavanşir küçəsində yarımtikililərin birində qeyd alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş aparılır.