Şəkidə kərpic zavodunun ərazisi 1 milyon manata özəlləşdirilib

Tarix: 18:31 07.08.2025
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 müəssisə və 12 nəqliyyat vasitəsi özəlləşdirilib.
"İnformator.az" quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 35 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.
Hərracda özəlləşdirilən müəssisə - əvvəllər kərpic zavodu kimi fəaliyyət göstərmiş obyekt Şəki rayonunun Daşüz kəndində yerləşir. Sahəsi 14 900 kvadratmetr, torpaq sahəsi 85 368 kvadratmetr olan əmlak 1 milyon manata satılıb.