Trampın ikinci dərəcəli tarifləri qlobal iqtisadiyyata necə təsir edə bilər?

Tarix: 13:52 06.08.2025
Rusiya dünyanın ən sanksiyaya məruz qalan ölkəsi olmasına baxmayaraq, Ukraynadakı müharibəsini maliyyələşdirmək üçün böyük enerji sərvətindən istifadə etməyə davam edir. ABŞ Prezidenti Donald Tramp bunu dəyişəcəyinə ümid edir.
O, elan edib ki, Ukrayna ilə atəşkəs 8 avqust cümə gününə qədər əldə olunmasa, Rusiya ilə ticarət edən bütün ölkələrə təsir edəcək hərtərəfli yeni ikinci dərəcəli tariflər tətbiq olunacaq.İkinci dərəcəli tariflər Rusiya ilə ticarət edən istənilən ölkədən malların ABŞ-a idxalı zamanı 100% vergi ilə üzləşəcəyini nəzərdə tutur.
Neft və qaz Rusiyanın ən böyük ixracatıdır və Moskvanın ən böyük müştəriləri Çin, Hindistan və Türkiyədir. “Mən ticarətdən çox şeylər üçün istifadə etmişəm, lakin bu, müharibələri həll etmək üçün əla bir şeydir”,-deyə Tramp ötən ay bildirib. Bu, Tramp administrasiyasının Venesuela neftinin alıcılarını cəzalandırmaq üçün tətbiq etdiyi ikinci dərəcəli tarifləri ilk dəfə deyil.
BBC
Zəhra Möhübbətova