İran casusluq edən şəxsi edam edib

Bölmə: Dünya › ,
Tarix: 18:14 06.08.2025

İran hakimiyyəti ölkənin nüvə alimləri barədə məlumatları İsrailə ötürməkdə ittiham olunan Rouzbeh Vadi adlı şəxsi edam edib. Rəsmi məlumata görə, Vadi İranın “önəmli və həssas qurumlarından birində” çalışıb, lakin bu qurumun adı açıqlanmayıb.

 

Vadi ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı cinayətlər törətməkdə, ictimai asayişi ciddi şəkildə pozmaqda ittiham olunub.

 

Son aylarda İsrailə casusluq ittihamı ilə edam olunan iranlıların sayı artıb. Bu il ərzində bu qəbildən ən azı səkkiz edam hökmü icra olunub.

 

Qeyd edək ki, iyun ayında İsrail İranda yüksək rütbəli generallar və nüvə alimlərini hədəfə alan 12 günlük hava hücumlarına başlayıb. Buna cavab olaraq İran raket və dron zərbələri ilə qarşılıq verib.

 

ANEWZ

Gülhüseynova Güllər