Polşanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Bölmə: Dünya › ,
Tarix: 18:16 06.08.2025

Polşada keçirilən prezident seçkilərində səslərin 50,89 faizini toplayaraq qalib gələn Karol Navrocki parlamentdə təşkil olunan rəsmi mərasimdə and içərək vəzifəsinə başlayıb.

 

Prezident seçkilərinə müstəqil namizəd kimi qatılan, lakin əsas müxalifət qüvvəsi olan Hüquq və Ədalət Partiyası ilə ifrat sağçıların dəstəyini alan Navrocki, 2 iyun tarixində keçirilən seçkilərin ikinci turunda cüzi fərqlə qalib gəlib.

 

Təxminən 29 milyon seçicinin olduğu Polşada Navrockinin rəqibi, Varşava şəhərinin meri Rafal Trzaskovski isə səslərin 49,11 faizini əldə edib.

 

Haber Global 

Nuray Əliyeva