Tramp Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirini qəbul edəcək

Tarix: 19:29 06.08.2025
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Facebook səhifəsindəki paylaşımında bildirib ki, Paşinyan 7–8 avqust tarixlərində ABŞ-yə səfər edəcək.
Bağdasaryanın sözlərinə görə, səfər çərçivəsində Paşinyan Tramp və Əliyevlə görüşərək regionda sülh və rifah, həmçinin iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Amerika mətbuatı yazır ki, Trampın həftəlik bülleteninə əsasən, o, Əliyev və Paşinyanı 8 avqust — cümə günü qəbul edəcək.
Anadolu Agency
Ayan Əsgərova