Zelenski xoş xəbəri verib: İki ərazi azad olunub!

Tarix: 20:39 06.08.2025
Ukrayna ordusu Sum vilayətinin iki kəndini Rusiya işğalından azad edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
“Komandirlərlə danışdım. Andreyevka və Kindrativkanın azad edilməsi, Rusiyanın əks-hücum cəhdləri, növbəti addımlarımız barədə xəbərlər var”, - Zelenski qeyd edib.