Trampla Zelenski arasında telefon danışığı olub

Bölmə: Dünya › ,
Tarix: 20:50 06.08.2025

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

"İnformator.az" xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid X hesabında məlumat paylaşıb.

Ravid bildirib ki, telefon danışığı Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş çərçivəsində baş tutub.

 

Qeyd edək ki, avqustun 5-də də Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.