Efiopiya Somaliyə səfir təyin edib

Tarix: 15:47 06.08.2025
Somali prezidenti Həsən Şeyx Məhəmmədə etimadnaməsini rəsmi olaraq təqdim edən Dedefo, sosial media hesabında "Bu münasibətlə diplomatik əlaqələrin gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılmasını müzakirə etdik",-dedi.
1991-ci ildə Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland ilə 2024-cü il yanvarın 1-də Efiopiya arasında imzalanan anlaşma memorandumu regional gərginliyi artırıb.Efiopiyanın Somalilandı müstəqil ölkə kimi tanıması və Somalinin Efiopiyaya dənizə çıxış icazəsi verməyə hazırlaşması Somali hökumətinin sərt reaksiyasına səbəb olub və böhrana səbəb olub.
Türkiyənin Ankara Prosesi çərçivəsində tərəfləri bir araya gətirməsi ilə gərginlik azaldı. Nəhayət, liderlər 2024-cü il dekabrın 11-də prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada bir araya gəlib və problemin həlli üçün razılığa gəliblər.Razılaşma Somalinin ərazi bütövlüyünü təsdiqlədi, Efiopiyanın dənizə çıxış ambisiyaları isə hər iki tərəfin xeyrinə olan əməkdaşlıq prosesinə çevrildi.
TRT Haber
Xədicə Məhərrəmli