6000 yardım maşınının yalnız 853-ü daxil ola bilib
Tarix: 20:54 06.08.2025
Qəzzadakı Fələstin hökuməti ən azı 6000 yardım maşınının bölgəyə girməli olmasına baxmayaraq, son 10 gündə yalnız 853 yardım maşınının sərhədi keçməsinə icazə verildiyini açıqlayıb.
Qəzza hökumətinin media ofisindən verilən açıqlamada, "Son 10 gündə cəmi 853 yardım maşını Qəzza zolağına daxil olub. Bununla belə, eyni dövrdə minimum ehtiyacları qarşılamaq üçün təxminən 6000 yük maşınına ehtiyac var idi" ifadələri işlədilib.Açıqlamada Qəzzada insanların səhiyyə, qida və əsas ehtiyaclarını qarşılamaq üçün gündə ən az 600 yardım maşınına ehtiyac olduğu, lakin son 10 gündə bölgəyə daxil olan yardım maşınlarının ortalama sayının gündə cəmi 85 olduğu qeyd edilib.
Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları artır. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən Qəzzada 96-sı uşaq olmaqla 193 fələstinli aclıqdan ölüb.Yerli və beynəlxalq dairələr bildirirlər ki, İsrail “aclıq və susuzluqdan silah kimi” istifadə edir.
TRT Haber
Xədicə Məhərrəmli