Ali Akman "Keçiörengücü"ndə

Tarix: 23:02 06.08.2025
Trendyol 1. Liqa təmsilçilərindən Emre Gökdemir İnşaat Ankara Keçiörengücü hücumçu Ali Akmanı transfer edib.
Klubun sosial media hesabından verilən açıqlamada, son olaraq Çorum FK formasını geyinən 23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığı bildirilib. Açıqlamada “Ali Akmana klubumuza xoş gəldin deyir, böyük uğurlar arzulayırıq” ifadəsinə yer verilib.