“Everton” Cek Qriliş üçün “Mançester Siti” ilə danışıqlara başlayıb

Bölmə: İdman › ,
Tarix: 23:05 06.08.2025

 

Everton” İngiltərə millisinin üzvü Cek Qrilişin transferi ilə bağlı “Mançester Siti” ilə görüşmələrə start verib.
 

"İnformator.az" "İdmanxeber.az"a istinadən məlumatına görə, Mersisayd klubu 29 yaşlı futbolçunun keçidi üçün 30 milyon avro ödəməyə hazırdır.


Qeyd edək ki, Qrilişin “Mançester Siti” ilə mövcud müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.