Bəzən çox istəyirsən, əzmlə çalışırsan, amma alınmır-Elmar Baxşıyev

Tarix: 22:33 07.08.2025
"Ağır oyun oldu. Bilirdik ki, qarşımızdakı rəqib güclü komandadır".
"İnformator.az" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə Kipr "Omoniya"sına 0:4 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
45 yaşlı mütəxəssis buraxılan səhvlərdən dərs çıxaracaqlarını söyləyib: "Bu tip görüşlərdə edilən səhvlər adətən cəzasız qalmır. Təəssüf ki, bu gün biz də həmin səhvlərə yol verdik. Amma əsas məsələ odur ki, bu səhvlərdən dərs çıxaraq yolumuza davam edək".
O, "Omoniya" ilə oyuna hazırlıq barədə söz açıb: “Sırf hücum edəcəyik deyə bir planla çıxmamışdıq. Oyunun gedişində bəzi istədiklərimizi həyata keçirməkdə çətinlik çəkdik. Bəzən nə qədər istəsən də alınmır – bu da məhz o cür oyunlardan biri idi. Nə etsək də axarı dəyişə bilmədik və nəticə etibarilə komanda olaraq məğlub olduq".