Musayev erməni futbolçu ilə bağlı məlumatı təkzib edib

Tarix: 21:16 10.08.2025
Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev Eduard Spertsyana İngiltərə təmsilçisi “Sauthempton” tərəfindən təklif olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"İnformator.az" "Teleqraf.com"-a istinadən xəbər verir ki, baş məşqçi ingilislərin Ermənistan millisinin 26 yaşlı futbolçusuna 12 milyon avroluq təklif göndərməsi xəbərini təkzib edib.
Qeyd edək ki, Murad Musayev 2021–2024-cü illərdə Azərbaycanın “Sabah” klubunun baş məşqçisi olub.