Azərbaycan UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsi qərarını alqışlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, dekabrın 15-i Dünya Türk Dilləri Ailəsi Günü elan edilib:
"Bu tarix Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir. Azərbaycan zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan bu addımı alqışlayır".