00:00:00
Yazar
Admin User
04.11.2025 14:18 134 1 dəq oxuma
Dünya

Kallas: Gürcüstanda dinc etirazlara qarşı güc tətbiq edənlərə qarşı sanksiya tətbiq etməyə çalışırıq

Kallas: Gürcüstanda dinc etirazlara qarşı güc tətbiq edənlərə qarşı sanksiya tətbiq etməyə çalışırıq

Gürcüstanda dinc etirazlara qarşı güc tətbiq edən rəsmilərə sanksiya tətbiq etməyə çalışırıq.

 

"İnformator.az"  xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas bildirib.

 

Jurnalistlərin "konkret addımlar gözlənilirmi?" sualını cavablandıran K. Kallas qeyd edib ki, məsələ hazırda bütün Aİ üzvlərinin dəstəyini qazanmayıb: "Biz Gürcüstanda dinc nümayişçilərə qarşı güc tətbiq edən yüksək rütbəli dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çalışırıq. Hazırda bütün üzv dövlətlərin dəstəyinə malik deyilik. Lakin bu problemlərin həlli üçün müxtəlif yollar axtarmağa davam edirik".

 

Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos isə bildirib ki, konkret qərar üzv dövlətlərdən asılıdır:

 

"Ümid edirəm ki, noyabrda vizasız rejimin dayandırılması üçün yeni mexanizm əldə edəcəyik. Bu, əlavə addımlar atmağa imkan verəcək".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər