00:00:00
Yazar
Nərmin Həşimova
06.04.2026 18:53 37 2 dəq oxuma
Sosial

BDU-nun Jurnalistika fakültəsinin müəllimi UNEC-də iqtisadi proseslərin mediada işıqlandırılmasından danışıb

BDU-nun Jurnalistika fakültəsinin müəllimi UNEC-də iqtisadi proseslərin mediada işıqlandırılmasından danışıb

Crossmedia.az analitik- informasiya portalının redaktoru, BDU-nun Jurnalistika fakültəsinin doktorantı və saathesabı qaydada müəllimi Kənan Novruzov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Rus İqtisad məktəbində olub. 

O, Milli Məclisin dörd çağırış deputatı, professor, iqtisad elmləri doktoru, Crossmedia.az analitik – informasiya portalında “Dünya iqtisadiyyatı və Azərbaycan” layihəsinin müəllifi Rüfət Quliyevin tədris etdiyi “Beynəlxalq biznes” fənni çərçivəsində III kurs tələbələrinə mühazirə oxuyub. 
Əvvəlcə məktəbin direktoru Mənsur Bərxudarov tələbələrə qonaq və analitik – informasiya haqqında məlumat verib. 
Sonra R.Quliyev görüşün aktuallığına diqqət çəkərək bildirib ki, müasir dünyada bir çox istiqamətlər, o cümlədən iqtisadiyyatda manipulyasiyalara yol verilir. O, söyləyib ki, istehlakçılar, o cümlədən gənclər bu cer manipulyasiyaların, o cümlədən süni intellektin mənfi təsirlərindən özlərini qorumalıdırlar. 
Ardınca K.Novruzov mediada ictimai rəyin formalaşdırılması yollarından danışıb. O, diqqətə çatdırıb ki, hansı siyasi sistemdə olmasından asılı olmayaraq jurnalistikanın missiyası ictimai şüuru formalaşdırmaqdır: “Auditoriya bunu nəzərə almalı və məlumatlara kor – koranə inanmamalıdır. Bütün xəbərlərə skeptik, təhlili yanaşmaq lazımdır. Əks halda asanlıqla idarə oluna biləcəyik”. 

Məruzəçi, həmçinin fakta fərqli yanaşmalar barədə də danışıb: “Bəzən mətbuatda fakt fərqli cür təqdim olunur. Bu, iqtisadi proseslərə də aiddir. Məsələn, çörəyin qiymətinin bahalaşması təbii prosesdir, obyektiv səbəblərlə əlaqədirsə, bəzən bu, elə təqdim olunur ki, məqsədli şəkildə insanlar qıcıqlandırılır. Belə situsiyalara qarşı həssas olmalı, "tələyə düşməməliyik".
Dərs interaktiv keçib. Sonda tələbələrin sualları cavablandırılıb.

#iqtisadi proseslər #media #işıqlandırılma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər