Buzdağı parçaları sərnişin kabinələrinə qədər daxil olub

Bölmə: Hadisə › ,
Tarix: 10:10 09.04.2025

Titanik gəmisinə aparılan tam əhatəli rəqəmsal skan nəticəsində müəyyən edilib ki, batmaya səbəb olan amillərdən biri də gövdəsində A4 kağızı ölçüsündə yaranan dəliklər olub. Həmçinin toqquşma zamanı buzdağı parçalarının bəzi sərnişin kabinələrinə qədər daxil olduğu ortaya çıxıb. Gəminin qazanxanasının incələndiyi yeni görüntülərdə isə işçilərin işıqların sönməməsi üçün son ana qədər mübarizə apardıqları məlum olub.

 

"BBC"nin xəbərinə görə, Titanikə edilən ilk tam əhatəli skan nəticəsində əldə olunan üçölçülü rəqəmsal görüntülər gəminin suya batmazdan əvvəlki vəziyyəti ilə bağlı yeni detalların üzə çıxmasına səbəb olub.

Buzdağına çırpıldıqdan sonra ortadan iki yerə bölünən gəminin 3D görüntülərində, 3 800 metr dərinlikdə yerləşən gəmi qalıqları ilk dəfə tam şəkildə vizuallaşdırılıb.

Əldə olunan görüntülərdə A4 kağızı ölçüsündə olan çoxsaylı dəliklərin gəminin batmasına səbəb olan amillərdən biri olduğu müəyyən edilib, həmçinin buzdağının parçalarının toqquşma zamanı bəzi sərnişin kabinələrinə qədər daxil olduğu təsbit edilib.

Titanik üzrə mütəxəssis Parks Stivenson yeni aşkarlanan faktlarla bağlı bildirib ki, Titanik bu faciənin yaşayan son şahididir və onun hələ də danışacağı hekayələri var.

 

 

Mənbə: Haber Global
Nuray Əliyeva