Samuxda ağır qəza, bir ailənin 4 üzvü xəsarət alıb

Bölmə: Hadisə › ,
Tarix: 14:54 27.04.2025

 

Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

 

“İnformator.az” xəbər verir ki, hadisə nəticəsində, Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, 1961-ci il təvəllüdlü Cavan Əliyev, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1990-cı il təvəllüdlü Günel Əliyeva və onların övladları 10 yaşlı Nihad Əliyev xəsarət alıb. 


Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alan 4 nəfər bir ailənin üzvüdür.