Ağdamda it azyaşlıya hücum etdi

Tarix: 15:50 13.04.2025
Ağdam rayonunda 4 yaşlı uşaq it dişləməsi səbəbilə xəstəxanaya yerləşdirilib.
“İnformator.az” "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.
2021-ci il təvəllüdlü S.H. küçədə oynadığı zaman qəfil it hücumuna məruz qalıb.
Üz nahiyəsindən yara alan azyaşlı Bərdə Mərkəzi Xəstəxanasına çatdırılıb.