Rusiya bu ölkələrə də hücum edə bilər? - Peskov

Bölmə: Siyasət › ,
Tarix: 21:03 23.04.2025

Rusiya heç kimə hücum etmək fikrində deyil, onun nə Finlandiya ilə, nə də NATO-ya daxil olan İsveçlə problemi yoxdur.

 "İnfotmator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Fransanın “Le Point” jurnalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Finlandiya ərazisində tədricən hərbi infrastrukturlar peyda olur. Təhlükəsizliyini artırmaq üçün ordumuz zəruri hesab etdiyi tədbirləri görür. Amma bizim heç bir münaqişə potensialımız yoxdur”, - Peskov vurğulayıb.