Hindistan Pakistanla sərhədi bağladı - Səbəb

Bölmə: Siyasət › ,
Tarix: 21:21 23.04.2025

Hindistan Pakistanla sərhəddəki "Atari" keçid məntəqəsini bağlayıb.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri məlumat verib.

 

O, Cammu və Kəşmir ərazisindəki terror aktına görə belə bir addım atıldığını bildirib.

 

Bundan əlavə, Hindistan Pakistandakı diplomatlarının sayını da iki dəfəyə yaxın azaltmaq qərarı verib.

 

Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində bir qrup silahlı şəxs turistlərə atəş açıb. Hücum nəticəsində 25 nəfər ölüb.