ABŞ-Çin münasibətləri hansı istiqamətdə inkişaf edəcək? -ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:27 24.04.2025

"ABŞ Administrasiyası Çinlə potensial silahlı münaqişənin qarşısını almaq istəyir".

 

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio "The Free Press" portalına müsahibəsində bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "İnformator.az"a açıqlamasında bildirib ki, Amerika və Çinin bir-biriləri ilə hərbi qarşıdurma kimi fikrləri yoxdur:

 

 

"Ümumiyyətlə , nüvə derqadası olan ölkələrin bir-biriləri ilə qarşıdırma fikirləri yoxdur. Atom bombalarıda ona görədir ki, bir-biriləri ilə müharibəyə getməsinlər. İkinci Dünya Savaşında hansısa tərəfdə atom bombası olsa , onlar bir-biri ilə müharibəyə getməzdilər. Atom bombası, həm də Rusiya üçün münaqişədən saxlayan faktdır. Atom bombası olan ölkələr və olmayan ölkələr üçün rahatdır. Amerika və yaxud da Rusiya cəsarət edərdimi ölkələrə hücum etsin? Təbii ki, yox. Ona görə atom bombası olan ölkələr, başqa ölkələrə hücum da edir. Başqa ölkələrdə münaqişə ocağı da yaradırlar. Sonrada oturub , həmin ölkələrin taleyini həll edirlər. Amma bir-birilərinə qarşı elə addım atmırlar. Çünki bu hər ikisi üçün ölümcül təhlükə deməkdir. Yəni sən kiməsə məsəl üçün atom bombası atacaqsan , o da sənə atacaq. Sonda qalib kim olacaq? Bu da böyük bir sual altındadır. Bunun bir qırmızı cizgisi var. Çin, Tayvana hücum eləsə və öz ərazi bütövlüyünü bərpa etməyə qalxsa , onda Amerika özünü qorumağa məcbur olacaq. Bu da birinci atom bombasından olmayacaq. Bir qarşıdurma silahla olacaq. Tarixdə iki atom bombası olan ölkələr arasında hərbi konflikt olub. Bu Sovetlər Birliyi və Çin arasında olub. Tama yarımadası uğrunda və qısa müddətli olub. Çin hücum edib. Sovetlər Birliyi Çinin hücumunun qarşısını alıb. Sonra da münaqişə dayandırılıb. Bu cür hərbi toqquşmalar ola bilər. Bu uzunmüddətliyə, daha geniş miqyasa keçsə, ancaq onda olacaq. Nə Amerika, nə Çin buna getməzlər. Atom bombası olan ölkələr bir-biriləri ilə qarşı açıq miqyaslı savaşa getməzlər. Atom müharibəsi tam başqa bir müstəvidir. Bu müstəvi yer kürəsi üçün böyük itkilərə səbəb ola bilər".

 

 


Nuray Əliyeva