İsrail Qəzzaya son sutka ərzində hava zəbəsi endirib-ÖLƏNLƏR VAR

Tarix: 09:58 25.04.2025
"İnformator.az" xəbər verir ki, son sutka ərzində İsrail ordusunun Qəzza zolağına endirdiyi intensiv hava zərbələri nəticəsində azı 60 fələstinli həyatını itirib, 150-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yerli mənbələrin verdiyi məlumata görə, hücumlar əsasən yaşayış məntəqələrinə və infrastruktur obyektlərinə yönəlib.
Qəzzada fəaliyyət göstərən səhiyyə qurumlarının məlumatına əsasən, ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan, ölü sayının artacağı ehtimal edilir. Zərbələr nəticəsində onlarla bina tamamilə dağılıb, yüzlərlə insan evsiz qalıb.
Beynəlxalq təşkilatlar bölgədəki humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirir və münaqişənin daha da dərinləşməməsi üçün təcili atəşkəs çağırışları edilir. İsrail tərəfi isə hava zərbələrinin HƏMAS-a məxsus hərbi hədəflərə qarşı yönəldiyini iddia edir.
Qeyd edək ki, bölgədə gərginlik son aylarda daha da artıb və bu, münaqişənin yeni bir mərhələyə keçə biləcəyindən xəbər verir.
Səkinəyim Cəfərova