“ABŞ-nin təklifini qəbul etmək böyük bir risk daşıyır”-Şərhçi

Tarix: 10:51 25.04.2025
Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi bəyanatlar münaqişənin nizamlanmasını çətinləşdirirdirir.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Oqtay Qasımov bildirir ki, ABŞ-nin Ukrayna-Rusiya müharibəsini bitirməsi ilə bağlı təklifləri Rusiyanın maraqlarına uyğun şəkildə davam edir və hazırda Amerikanın da irəli sürdüyü həll planı Rusiyanın istəkləri əsasında formalaşır:
“Ukraynanın ərazilərinin Rusiyada işğalda olmasının qəbul etməyini və Krımın Rusiyanın bir ərazisi kimi tanınmağını istəyir. Sözsüz ki, Ukrayna üçün qəbuledilməz şərtlərdir. Hazırda Ukraynanın vəziyyəti çox çətin olsa da, Avropa İttifaqı (Aİ) də bəzi ölkələrin sərt, bəzilərinin isə yumşaq reaksiyası vəziyyətin mürəkkəbliyini göstərməkdədir. Şübhəsiz ki, ABŞ-nin bu məsələlərdə istəkləri insan haqqları, barış məsələsi deyil. Bu Tramp kaprizlərinə hesablanmış və onun hakimiyyətdə 100-cü günündə belə bir sənəd imzalanmasına nail olunmaq istəyirdi. Bunun üzərində müəyyən qədər təbliğat aparsın. Amerika burada daha çox öz maraqlarını güdməklə Ukraynanın hesabına öz maraqlarını təmin etmək istəyir. Ukrayna üçün vəziyyət kifayət qədər ciddidir. ABŞ-nin təklifini qəbul etmək böyük bir risk daşıyır. Ukrayna da hansısa belə bir siyasətin gedəcəyinidə düşünmək çox çətindir. Müharibəni davam etdirməklə bağlı Amerika tərəfindən qəzəblə qarşılanır. Artıq ABŞ-nin dövlət katibi belə olacağı halda Ukraynın daha ağır şərtlərlə masaya oturacağını söyləyir. Bu da o deməkdir ki, ABŞ Ukraynadan öz dəstəyini çəkərək, Rusiyanı müdafiə edərək vəziyyəti ciddi şəkildə dəyişdirəcək. Ona görə də hazırda hansısa bir qərarın veriləcəyini söyləmək çox çətindir”.
Aysel Mirzəyeva